Jurnalistika fakültəsinin müəllimləri üçün ərəb dili kurslarına start verildi - Fotolar
Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin
dəstəyi ilə Bakı Dövlət
Universiteti (BDU) Jurnalistika fakültəsinin müəllimləri üçün ərəb dili
kurslarına start verilib. BDU-nun Mətbuat və informasiya şöbəsindən "Kaspi”yə
bildirilib ki, fakültənin dekan müavini, dosent Könül Niftəliyeva kursun müəllimlər
üçün böyük əhəmiyyət daşıdığını bildirərək təşkilatçılara təşəkkür edib. Qeyd
edib ki, ərəb dili kursu Misir Ərəb Respublikasının Azərbaycandakı
səfirliyi tərəfindən Bakıya dəvət olunan doktor Əşrəf Əbdülqadir Fərəq Mohamed
tərəfindən aparılacaq.
Məqsəd ərəb ölkələrinin kütləvi informasiya vasitələri ilə bağlı tədqiqat
aparan fakültə müəllimləri, magistrantları və doktorantlarının dil
bacarıqlarını yüksəltmək, onların həmin ölkələrin tarixi, müasir dövrü ilə
bağlı vəsaitlərdən istifadə imkanlarını genişləndirməkdir.
Jurnalistika fakültəsində ərəb dili kursunun başlamasından məmnunlugunu
bildirən Əşrəf
Əbdülqadir Fərəq Mohamed bu barədə məlumat verib, ərəb dilini qısa müddət ərzində
mənimsəməklə bağlı tövsiyələrini bildirib.
Qeyd edək ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində
Jurnalistika fakültəsinin tələbələri üçün də ərəb
dili kursları keçirilir.