• cümə, 29 Mart, 06:33
  • Baku Bakı 5°C

Jurnalistə təzyiq edən polislər işdən qovulub

12.06.13 10:39 1301
Jurnalistə təzyiq edən polislər işdən qovulub
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səbail Rayon Post Patrul Xidmətinin iki polis nəfəri jurnalistə qarşı kobud rəftar etdiyinə görə işdən azad edilib. Araşdırmalar zamanı məlum olub ki, polis nəfərləri aksiya zamanı jurnalistlə kobud rəftar ediblər və bu səbəbdən işdən çıxarılıblar.
Qeyd edək ki, Türkiyədə Gezi parkının sökülməsinə qarşı başlamış kütləvi aksiyalara dəstək olaraq Bakıda keçirilən aksiyaları işıqlandırarkən RATİ əməkdaşı Rasim Əliyev polis nəfərlərinin təzyiqinə məruz qalıb.
banner

Oxşar Xəbərlər