• şənbə, 20 Aprel, 00:26
  • Baku Bakı 15°C

Jurnalist Zabil Müqabiloğlu ağır vəziyyətdədir

08.11.16 18:15 1342
Jurnalist Zabil Müqabiloğlu ağır vəziyyətdədir
Hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanasında olan jurnalist Zabil Müqabiloğlunun vəziyyəti çox ağırdır.

Lent.az-ın jurnalistin yaxınlarından əldə etdiyi məlumata görə, dünən səhər saatlarında 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Z.Müqabiloğlu palataya köçürülüb: "Həkimlər deyir ki, yaşamaq şansı çox aşağıdır. Sabah yekun qərarlarını elan edəcəklər. Əgər sağalma ehtimalı varsa, müalicəsi davam etdiriləcək, əgər şansı yoxdursa, evə çıxarılacaq”.

1 saylı Şəhər Kliniki XəstəxanasındanLent.az-a bildirilib ki, xəstənin həyatda qalmaq ehtimalı aşağıdır: "Səhhəti çox ağırdı. Hazırda palataya köçürülüb. Müalicəsi davam etdirilir".

Qeyd edək ki, Zabil Müqabiloğlunun qaraciyərində bərkimə yarandığı üçün qan dövranında problem yaranıb və xəstənin qida borusunda vena partlayıb.

Xatırladaq ki, Zabil Müqabiloğlu uzun illər "Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu "Gunxeber.com” saytına rəhbərlik edib.
banner

Oxşar Xəbərlər