Jurnalist təşkilatı multikultural dəyərləri təbliğ edəcək
"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Region gəncləri arasında
multikultural dəyərlərin təbliği” adlı layihənin icrasına başlayıb. Bu barədə
JAM sədri Seymur Verdizadə məlumat verib.
S.Verdizadə deyib ki, layihənin məqsədiAzərbaycan cəmiyyəti üçün xas olan multikultural dəyərləri təbliğ etmək, region gəncləri arasında maarifçilik işi aparmaq, ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə verməkdir.
JAM sədri qeyd edib ki, layihə 4 ay müddətində Azərbaycanın Göyçay, Tovuz, Şirvan və Cəlilabad şəhərlərində həyata keçiriləcək. "Layihənin effektivliyini artırmaq üçün onun icrasına multikulturalizm sahəsində tanınmış ekspertləri cəlb edəcəyik”, - deyə S.Verdizadə bildirib.