• cümə, 29 Mart, 00:11
  • Baku Bakı 7°C

Jurnalist təşkilatı layihənin icrasını davam etdirir

12.10.16 16:55 1222
Jurnalist təşkilatı layihənin icrasını davam etdirir
"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi "Region gəncləri aarsında multikultural dəyərlərin təbliği” adlı layihənin icrasını davam etdirir.

Növbəti tədbir Tovuz şəhərində baş tutub. Tədbirdə yerli QHT fəalları, jurnalistlər və gənclər iştirak ediblər.

"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə əvvəlcə layihənin məqsədi barədə məlumat verib. Qeyd edib ki, rəhbərlik etdiyi təşkilat 4 ay müddətində Göyçay, Şirvan, Cəlilabad və Tovuz şəhərlərində multikultural dəyərləri təbliğ edəcək. S.Verdizadə layihənin həyata keçirilməsində əsas məqsədin ölkədə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə vermək olduğunu deyib.

JAM sədri bildiirb ki, Azərbaycanda mövcud olan birgəyaşayış modeli təkcə Qafqaz xalqları deyil, bütövıükdə dünya üçün yaxşı bir nümunədir. S.Verdizadə gəncləri mənfi tendensiyalara qarşı birgə mübarizə aparmağa və babalarımızdan bizə miras qalan birgəyaşayış modelini gələcək nəsillərə ötürməyə səsləyib.

Layihənin eksperti Teyyub Mirqasımov multikultural dəyərlərə bağlı olan cəmiyyətlərin qazandığı uğurlardan danışıb. Qeyd edib ki, Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün həmişə dinlər və sivilizasiyalar arasında aparıcı rol oynayıb.

İctimai fəal İradə Cəfərova QHT-lərin cəmiyyətin həyatındakı rolundan danışıb. İ.Cəfərova deyib ki, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasındakı əməkdaşlığı dərinləşdirməklə ölkənin mədəni xəzinəsinə layiqli töhfələr vermək mümkündür.



banner

Oxşar Xəbərlər