• çərşənbə, 24 Aprel, 04:17
  • Baku Bakı 14°C

Jurnalist təşkilatı Füzulidə görüş keçirib

20.05.14 14:58 1035
Jurnalist təşkilatı Füzulidə görüş keçirib
«Jurnalist Araşdırmaları Mərkəzi» İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi «Bələdiyyələrlə kənd icmalarının səmərəli fəaliyyətinin təşkilinə dair təşəbbüslərin dəstəklənməsi» layihəsi çərçivəsində Füzuli rayonunun Horadiz şəhərində görüş keçirib. Məqsəd layihənin məramına uyğun olaraq yerli kənd əhalisi ilə bələdiyyə arasında səmərəli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparmaq olub.
Toplantıda çıxış edən JAM sədri Seymur Verdizadə bildirib ki, demokratik cəmiyyət quruculuğu prosesində yerli özünüidarə qurumlarının - bələdiyyələrin rolu böyükdür. Demokratiya bir anlayış kimi şüurlarda hər bir fərdin öz baxışlarını sərbəst şəkildə ifadə edə biləcəyi mühit kimi assosiasiya olunursa, bələdiyyə struktur etibarilə həmin baxışların ədalətli praktik fəaliyyət müstəvisində ifadəsinə yaradılan zəmin mahiyyəti dayışır. Müstəqil Azərbaycan Respublikasında da bələdiyyələrə mövcud nöqteyi-nəzərdən yanaşılır. «Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Ötən on dörd il müddətində bələdiyyələrin cəmiyyət həyatındakı rolu artan xətt üzrə inkişaf edib. Lakin buna baxmayaraq onlar bir institut kimi yenidirlər, fəaliyyətləri heç də bütün hallarda oturuşmuş xarakter almayıb. Buna səbəb kimi bir sıra obyektiv və subyektiv amillərdən də söz açmaq mümkündür. Lakin başlıca qeyd edilməli məqam bələdiyyələrin ictimai problemlərin həllinə istiqamətləndirilməsidir ki, bu missiyanın reallaşdırılmasında başlıca iş qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətlərinin üzərinə düşür», deyən S.Verdizadə onu a deyib ki, mart-iyun ayları ərzində gerçəkləşdiriləcək layihə çərçivəsində Cəlilabad rayonunun Xanəgah və Tərtər rayonunun Ələsgərli kəndlərində yerli əhali ilə bələdiyyə nümayəndələrinin görüşləri təşkili olunub. Bu tədbirlərdə mövcud istiqamətdəki dünya təcrübəsi bölüşülüb, əldə edilmiş nəticələrlə bağlı media mütəmadi şəkildə məlumatlandırılıb.
Toplantıda çıxış edən «RUH» Jurnalistləri Müdaifə Komitəsinin icraçı direktoru Əvəz Rüstəmov bildirib ki, bələdiyyələrin yerli icmanın işinə daha yaxından cəlb edilməsi, eyni zamanda bələdiyyələrin tərkibindəki kəndlərin öz problemlərinin həllində təşəbbüskar kimi çıxış etmələrinin təminatına, mövcud istiqamətdə səmərəli iş mexanizminin qurulmasına kömək göstərilməsi vacibdir.
Çıxış edənlərdən Füzuli rayon İcra Hakimiyyətinin nümayəndəsi Bayram Niftəliyev, Füzuli rayon Horadiz şəhər bələdiyyəsinin sədri Qərib Ələkbərov, Füzuli Dövlət Dram Teatrının direktoru Vaiqf Əliyev, şəhər sakinləri Solmaz Quliyeva, Habil Əliyev və başqaları mövzu ilə bağlı fikirlərini bölüşərkən yerli əhəmiyyətli çətinliklərdən söz açaraq onların həllinə yönələn təşəbbüslər qaldırıblar. Bildirilib ki, mərkəzi bələdiyyələrindən fərqli olaraq regionlarda bələdiyyələrin əmlak imkanları geniş deyildir. Bu isə onlara maddi problemlər yaradır. Mövcud vəziyyətdən çıxmaq üçün kənd və qəsəbə bələdiyyələrinə dövlət tərəfindən yardım edilməsi faydalı olardı. Görüşdə həmçinin ucqar kənd bələdiyyələrinin nümayəndələrinə bələdiyyə işinin beynəlxalq təcrübəsinə dair treninqlərin keçirilməsi məqsədəuyğun sayılıb.
Tədbirin sonunda yerli problemlərin həllinə dəstək məqsədilə 7 nəfərdən ibarət Horadiz qəsəbə məhəllə komitəsi yaradılıb.
banner

Oxşar Xəbərlər