• şənbə, 27 Aprel, 02:55
  • Baku Bakı 14°C

Jurnalist olmaq istəyən gənclər yeni media ilə bağlı bilgiləndirildi

26.05.14 16:21 876
Jurnalist olmaq istəyən gənclər yeni media ilə bağlı bilgiləndirildi
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Yeni media və sosial şəbəkələrdə gənclərin ictimai məsuliyyətinin artırılması” layihəsi çərçivəsində “Jurnalist olmaq istəyən gənclərin və tələbələrin yeni media vasitələrindən hüquqi və ictimai məsuliyyət baxımından düzgün yararlanması” mövzusunda mövzusunda təlimlər keçirilib.
Təlimdə yeni media və internetdən peşəkar məqsədlərlə və üsullarla yararlanma sözügedən kateqoriyaya aid gənclərə başa salınıb, “KİV haqqında” qanunun müvafiq bəndləri və bu barədə dünya praktikası aşılanıb. Bu təlimlərdə 20 jurnalist ixtisası barədə bilgilər qazanmaq istəyən gənc iştirak edib.
Qeyd edək ki, layihənin məqsədi yeni mediada – online saytlarda və sosial şəbəkələrdə, yaxud “vətəndaş jurnalistikası” iddiası ilə çıxış edən gənclərdə ictimai məsuliyyət hissinin formalaşdırılmasına yardımçı olmaqdır. Bu məqsədlə gənclərin yeni media vasitələrində çıxışında etik normaların, cəmiyyət qarşısında cavabdehlik şüurunun, Azərbaycan millətinin dəyərlərinə, ənənələrinə sayğı ilə yanaşma hissinin formalaşdırılmasına yardım etmək məqsədi güdülür.
Layihə çərçivəsində internetdə və sosal şəbəkələrdə aktiv olan, amma ictimai və hüquqi məsuliyyət baxımından problemləri olan yeniyetmə və gənclərin bu sahədə bilik və bacarıqlarını artırmaq, onları düzgün yönləndirmək və vərdişlər qazandırmaq üçün “Sosial şəbəkələrdə və yeni mediada düzgün iştirak” mövzusunda Bakıda səkkiz dəfə təlim keçirilib. Həmçinin “yeni media və sosial şəbəkələrdə düzgün iştirak günün tələbidir” adlı broşür əsasən yeniyetmə və gənclər, eləcə də gənclər təşkilatları və QHT-lər, müvafiq qurumlar arasında paylanacaq. Burada həm də ali təhsil və ixtisaslaşma ilə bağlı yeniyetmə və gəncləri dolğun maarifləndirəcək internet resursları qeyd ediləcək. Broşür virtual formada da internetdə yayılacaq. Bundan başqa “yenimedia.info” adlı yeni sayt yaradılacaq. Sayt yeni media vasitələri və sosial şəbəkələr barədə gəncləri və cəmiyyəti maarifləndirən ekspert müsahibələri, rəyləri və sair xəbərlərin əksini tapdığı sayt olacaq.
banner

Oxşar Xəbərlər