• çərşənbə, 24 Aprel, 16:58
  • Baku Bakı 27°C

Jurnalist olduğunu deyərək pul tələb etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

27.11.17 16:26 2588
Jurnalist olduğunu deyərək pul tələb etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Tural Abdullayevin cinayət işi üzrə məhkəməsi başlayıb.
APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktını elan edib.
Daha sonra zərərçəkmiş şəxs qismində "Araz” supermarketinin nümayəndəsi İlkin Əliyev ifadə verib. Bildirib ki, T. Abdullayev market haqqında sosial şəbəkələrdə neqativ məlumatlar yazdıqdan sonra ona zəng edib bunun səbəbin soruşublar. T. Abdullayev isə bununla bağlı telefonda danışmaq istəməyib: "Biz də dəvət etdik, gəldi və hər ay 400 manat verməyimizi istədi. O, özünü jurnalist kimi təqdim edirdi. Lakin biz araşdıranda məlum oldu ki, jurnalist deyil".
İclasda ifadə verən Tural Abdullayev heç yerdə işləmədiyini deyib. Bildirib ki, ekspert kimi fəaliyyət göstərib: "Mən bu işi sevərək, xalq üçün edirəm. Marketlərdə qiymət fərqini araşdırırdım".
O, özünü təqsirli bilmədiyini deyib.
Sonra iclasda şahidlər ifadə verib.
Proses noyabrın 30-da davam edəcək.
İttihama görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Məhdud Məsuliyyətli cəmiyyətlərdən birinin rəhbərliyi sosial şəbəkələrdə Tural adlı vətəndaşın onların fəaliyyəti barədə təhqiredici, həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar paylaşdığını və bu tipli məlumatların təkrar yayılmaması üçün külli miqdarda pul tələb etdiyi barədə məlumat verib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini Tural Abdullayev qeyd edilən cəmiyyətin əməkdaşından 3500 manat pul alan zaman saxlanılıb.
Faktla bağlıcinayət işi başlanılıb.T. Abdullayev əvvəlcə həbs edilsə də, sonradan zaminə buraxılıb.
banner

Oxşar Xəbərlər