• cümə, 29 Mart, 11:39
  • Baku Bakı 5°C

Jurnalist Ekspert Mərkəzi "Evdə qal, cəmiyyəti qoru" kampaniyasına qoşulur

29.03.20 14:03 1015
Jurnalist Ekspert Mərkəzi "Evdə qal, cəmiyyəti qoru" kampaniyasına qoşulur
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və REAL TV koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına başlayıb.
Jurnalist Ekspert Mərkəzi də bu kampaniyaya qoşulur. JEM-in mətbuat xidmətindən yayılan məlumata görə, təşkilatın İdarə Heyəti pandemiya vəziyyətinin təhlükəli həddə çatdığını nəzərə alıb, ən optimal çıxış yolu kimi evdə qalmağı, Operativ Qərargahın tələblərinə şərtsiz əməl etməyi, dövlətin qərarlarını məsuliyyətlə yerinə yetirməyi cəmiyyəti bu bəladan qurtarmağın alternativsiz variantı kimi dəyərləndirir.
Məlumatda bildirilir ki, nəticələrin sevindirici olması birmənalı şəkildə maarifləndirmədən keçir. QHT Şurasının REAL TV ilə birgə həyata keçirməyə başladığı kampaniya məhz bu amili məqsəd seçib.
Monitorinq və məlumatlandırma maarifçiliyin tərkib hissəsidir. JEM bacardığı imkanlardan yararlanaraq, bu kampaniyaya real dəstək verməyə hazır olduğunu bəyan edir.
banner

Oxşar Xəbərlər