• çərşənbə, 24 Aprel, 20:05
  • Baku Bakı 23°C

Jurnalist Əfqan Muxtarlı bacısının 40 mərasimində iştirak etmək üçün azadlığa buraxılıb

08.02.18 12:45 761
Jurnalist Əfqan Muxtarlı bacısının 40 mərasimində iştirak etmək üçün azadlığa buraxılıb
Həbsdə olan jurnalist Əfqan Muxtarlı bacısının 40 mərasimində iştirak etmək üçün azadlığa buraxılıb.
APA-nın məlumatına görə, Ə. Muxtarlıya yas mərasimində iştirak etmək üçün 2 gün icazə verilib.
Qeyd edək ki, Ə. Muxtarlı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. 2017-ci il dekabrın 31-də jurnalistin Zaqatala şəhərində kirayədə yaşayan bacısı Muxtarlı Nuranə Sabir qızının, onun azyaşlı övladının, eləcə də qardaşı Ramazan Muxtarlının azyaşlı övladının meyitləri aşkarlanıb.
banner

Oxşar Xəbərlər