• şənbə, 20 Aprel, 17:39
  • Baku Bakı 23°C

"Jurnalist binaları"nın qarşısında piyada keçidi inşa olunacaq

11.01.18 16:39 700
"Jurnalist binaları"nın qarşısında piyada keçidi inşa olunacaq
"Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında”Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli 1 nömrəli protokoluna əsasən aidiyyəti qurumlarla birgə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı şəhərində avtomobil yollarında piyadaların təhlükəsizliyinin təmin olunması üçün yüngül konstruksiyalı yerüstü piyada keçidlərinin tikintisi zəruri olan yerlərimüəyyənləşdirib.

Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar NəcəfliAPA-ya bildirilib ki, müəyyənləşdirilənyerlər 2015-ci ildəNazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim olunub.

Bakı şəhərində ilk olaraq 100-ə yaxın belə yermüəyyənləşdirilib: "2016-2017-ci illərdə Bakı şəhəri və ətraf yollar üzərində belə piyada keçidləri inşa olundu. Bu işlər bu il də davam etdiriləcək. Həmin yerlərin siyahısınaYeni Salyan şossesi 22 ("Jurnalist binaları"nın qarşısı) və Heydər Əliyev prospekti, 23 polis bölməsinin qarşısına düşən ərazi (Bağırov körpüsünün çıxışı istiqamət) də əlavə edilib. Artıq Heydər Əliyev prospektində yüngül konstruksiyalı yerüstü piyada keçidin tikintisi ilə bağlı layihə sənədlərinin hazırlanması işləri həyata keçirilir. Bu il ərzində, ən qısa zamanda yüngül konstruksiyalı yerüstü piyada keçidinin tikintisi başlanacaq".

Yeni Salyan şossesi 22 ünvanında da bu il ərzində yüngül konstruksiyalı yerüstü piyada keçidinin inşası planlaşdırılır.

O cümlədən, bu il Moskva prospekti ilə20 yanvarküçəsinin kəsişməsi (Şamaxinka adlanan ərazi), Yusif Səfərov küçəsində - "Azəriqaz” İstehsalat Birliyinin qarşısında, Mərdəkan-Zaqulba yolunda, köhnə "Mərdəkan Broyler”in yaxınlığında və Qala-Pirallahı yolunda yaşayış məntəqələri olan sahədə yüngül konstruksiyalı yerüstü piyada keçidinin tikintisi nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər