“Junior Eurovision”da səhnəyə neçənci çıxacağımız məlum oldu

“Junior Eurovision”da səhnəyə neçənci çıxacağımız məlum oldu

Mədəniyyət
24 Oktyabr 2012, 13:41 1350
Azərbaycanın ilk dəfə qatıldığı “Junior Eurovision 2012” yarışmasında təmsilçilərimiz Ömər Sultanov və Suada Ələkbərovanın çıxış edəcəyi nömrə müəyyənləşib.
Müsabiqənin rəsmi saytında verilən xəbərə görə, azərbaycanlı təmsilçilər dekabrın 1-də Amsterdamda səhnəyə 3-cü çıxacaqlar. Azərbaycan təmsilçiləri musiqisi Cesika Appla, sözləri Zəhra Bədəlbəyliyə məxsus olan “Boys and Girls” mahnısı ilə çıxış edəcəklər.
“Junior Eurovision-2012”də ölkə təmsilçilərin çıxışı bu sıralanma ilə olacaq: Belarus, İsveç, Azərbaycan, Belçika, Rusiya, İsrail, Albaniya, Ermənistan, Ukrayna, Gürcüstan, Moldova, Niderland.
Qeyd edək ki, azyaşlı istedadların mübarizə aparacağı “Junior Eurovision” artıq onuncu dəfədir keçirilir. Bu il müsabiqədə Azərbaycan da daxil olmaqla, 12 ölkə istedadlısı mübarizəyə qatılacaq.