AZE | RUS | ENG |

Joze Mourinyo “Qalatasaray”ın futbolçularını təbrik etdi

Joze Mourinyo “Qalatasaray”ın futbolçularını təbrik etdi
Fatih Terim: “O, məndən icazə istədi və paltardəyişmə otağımıza gəldi”


İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Joze Mourinyo futbol üzrə Çempionlar Liqasında 2:3 hesabı ilə uduzduqları təkrar ¼ final matçının ardından Türkiyə “Qalatasaray”ının paltardəyişmə otağına üz tutub. Lent.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis “sarı-qırmızı” futbolçuları bir-bir təbrik edib. O, ilk yarıda oyuna hakim olduqlarını söyləsə də, fasilədən sonra “Qalatasaray”ın fantastik çıxış etdiyini və bu zaman qorxmağa başladıqlarını etiraf edib. Məşhur mütəxəssis bildirib ki, “Cim-Bom” Çempionlar Liqası ilə böyük bir qürurla vidalaşır: “Mən bir baş məşqçi kimi komandam uduzarsa, qazananı təbrik edirəm. Tribunalardakı ab-hava bizə yox, “Qalatasaray”a təsir etdi. Nəticədə rəqib möhtəşəm oynadı. Düzdür, Çempionlar Liqası ilə vidalaşdılar, amma kaş bütün komandalar turniri belə mübarizə apardıqdan sonra tərk edərdilər. Qəlblərini, qürurlarını ortaya qoyaraq, çox böyük qüvvə ilə oynadılar”. Rəqib həmkarı Fatih Terim isə Mourinyoya bu jesti qarşılığında təşəkkür edib: “Mourinyo məndən icazə istədi. Paltardəyişmə otağımıza gəldi və oyunçularımızı təbrik etdi. Ona və “Real Madrid”ə təşəkkür edirəm”. Terim azarkeşləri də unutmayıb. O, möhtəşəm dəstək sayəsində dünyanın ən güclü komandalarından birini yendikləri üçün futbolçuları ilə qürur duyduğunu söyləyib: “Mərhələ keçə bilməsək də, dünyanın rəğbətini qazandıq. Bütün “Qalatasaray”lıların qürur duyacağı bir komanda görməyin xoşbəxtliyini yaşayıram”. 60 yaşlı mütəxəssis ilk yarıda 0:1 hesabı ilə uduzduqları halda, fasilə zamanı oyunçularını necə köklədiyinə də aydınlıq gətirib: “Mən hissələrarası fasilədən müsbət yararlanmağa çalışan baş məşqçilərdənəm. Bu gün də elə oldu. Oyunçu əvəzləməsi etdim. Nordin Amrabatı meydana daxil etdik. Sistemdə də dəyişiklik oldu. “Bu mərhələni adlamaya bilərik, amma matçı uduzmaq istəmirəm” dedim. Bizə 3 qol vurana 3-ünü vururuq”. Qeyd edək ki, “Qalatasaray” 2000-2001-ci il mövsümündə də “Real Madrid”lə Çempionlar Liqasının ¼ final mərhələsində üz-üzə gəlib. Həmin vaxt İstanbulda keçirilmiş ilk görüşdə “Cim-Bom” elə 3:2 hesabı ilə qalib gəlsə də, Madriddə baş tutmuş təkrar qarşılaşmada məhz 0:3 hesabı ilə uduzub. Amma həmin vaxt “Qalatasaray”ın sükanı arxasında Mirça Luçesku olub, “Real Madrid”ə isə Visente Del Boske rəhbərlik edib. Joze Mourinyo isə karyerası ərzində Çempionlar Liqasında 7-ci ¼ final mərhələsini dəf edə bilib. O, daha öncə 2003-2004-cü il mövsümündə Portuqaliya “Portu”su, 2004-2005 və 2006-2007-ci il mövsümlərində İngiltərə “Çelsi”si, 2009-2010-cu il mövsümündə İtaliya “İnter”i, 2010-2011 və 2011-2012-ci il mövsümlərində İspaniya “Real Madrid”i ilə yarımfinala yüksəlib. 2004 və 2010-cu illərdə Mourinyo turniri qələbə ilə başa vurub.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311