• cümə, 19 Aprel, 00:11
  • Baku Bakı 18°C

Jorj Gelzek: “Azərbaycan birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək“

15.01.14 15:17 1430
Jorj Gelzek: “Azərbaycan birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək“
"Azərbaycanın birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcəyinə heç bir şübhəm yoxdur". Bu barədə Trend-ə Azərbaycanda səfərdə olan Avropa Gimnastika Federasiyasının prezidenti Jorj Gelzek deyib.
Azərbaycana bir neçə dəfə səfərə gəldiyini deyən J.Gelzek bildirib ki, ötən müddət ərzində ölkədə xeyli inkişafa nail olunub: "Bu, mənim Azərbaycana ilk gəlişim deyil. Bir neçə dəfə Azərbaycana səfərim olub. Sonuncu dəfə bir neçə ay bundan əvvəl Azərbaycanın ilk Avropa Oyunlarına hazırlığı ilə bağlı gəlmişdim və bu barədə Milli Olimpiya Komitəsi ilə də danışıqlarımız olmuşdu. Bu səfərimin də məqsədi Olimpiya Komitəsi ilə görüşmək və otən müddət ərzində olan dəyişiklikləri görmək idi. Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə heç bir şübhəm yoxdur".
Azərbaycanda gimnastikanın inkişafına münasibət bildirən federasiya prezidenti vurğulayıb ki, ölkədəki bu inkişafı görərkən gimnastikanın gələcəyinə inamla baxmaq olur: "Bu il Azərbaycanda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı həm də 2015-ci il Avropa Oyunları üçün bir hazırlıq olacaq, eyni zamanda, Azərbaycanda bədii gimnastikanın inkişafına çox böyük xeyri olacaq".
J.Gelzek əlavə edib ki, Azərbaycanın bədii gimnastikasında çox böyük inkişaf gedir: "Azərbaycan Gimnastika Federasiyası ilə danışıqlardan sonra belə qənaətə gəldim ki, idman gimnastikasının inkşafında əməli işlər görülür. İnanıram ki, 2015-ci ildə bu fəaliyyət nailiyyətlərə keçəcək. 2013-cü ildə Azərbaycanın bədii gimnastları medallar qazandılar və nəticə göstərdilər. İnanıram ki, Avropa çempionatında bunu təkrarlamaq və hətta daha uğurlu nəticə əldə etmək Azərbaycan gimnastları üçün çətin olmayacaq".
O vurğulayıb ki, sonuncu Avropa çempionatından indiki Avropa çempionatına qədər infrastrukturun inkişafı, həmçinin Bakıda gedən inkişaf göz qabağındadır: "Bu dəyişiklik təkcə Azərbaycan gimnastları üçün deyil, eyni zamanda, Avropa gimnastları üçün inkişaf olacaq".
banner

Oxşar Xəbərlər