• cümə, 19 Aprel, 00:32
  • Baku Bakı 18°C

Jirinovski onları Suriyaya göndərməyi təklif edir

10.10.18 12:30 551
Jirinovski onları Suriyaya göndərməyi təklif edir
"Zenit”in və "Krasnodar”ın futbolçuları - Aleksandr Kokorinlə Pavel Mamayevin bir neçə şəxsi döyməsi Rusiyada geniş müzakirə olunur.
Kaspi.az xəbər verir ki, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski də məsələyə münasibət bildirib. O, bu futbolçuları Suriyaya göndərməyi təklif edib:
"Onları bu xuliqanlığa görə həbsxanaya salmaq lazım deyil. Onları cəzalandırmaq üçün qeyri-standart üsuldan yararlanmaq lazımdır.
Məsələn bu futbolçuları Suriyaya göndərmək olar. Qoy gedib orda uşaqlara futbol oynamağı öyrətsinlər. Özlərini tapmaq üçün onlara kömək etməliyik. Həbsxanaya göndərmək ən asan yoldur. Buna həmişə vaxt olacaq”.
"Zenit”in üzvü Aleksandr Kokorin və "Krasnodar” klubunun futbolçusu Pavel Mamayev oktyabrın 7-də səhər saatlarında Moskvanın mərkəzində azı üç nəfəri döyüblər. Onların hərəkətlərini videomüşahidə kameraları qeydə alıb. Əvvəlcə onlar dostları ilə birlikdə "Birinci kanal”ın aparıcısı Olqa Uşakovanın sürücüsünə hücum ediblər. Bir az sonra isə Böyük Nikitsk küçəsindəki qəhvəxanada iki məmuru döyüblər. İnsident zamanı Sənaye və Ticarət Nazirliyinin avtomobil sənayesi və dəmiryol maşınqayırması departamentinin direktoru Denis Pak və dövlət elmi mərkəzi "NAMİ”-nin rəhbəri Sergey Qasin xəsarət alıblar.
Faktla bağlı cinayət işi açılıb.
banner

Oxşar Xəbərlər