• cümə, 19 Aprel, 10:57
  • Baku Bakı 13°C

Jerar Depardye “İnsan siması” filmində Brejnevi canlandıracaq

26.08.19 19:30 4091
Jerar Depardye “İnsan siması” filmində Brejnevi canlandıracaq
Fransanın məşhur aktyoru Jerar Depardye "İnsan siması” filmində keçmiş Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Leonid İliç Brejnevi canlandırmağa razılıq verib.
AZƏRTACTASS agentliyinə istinadən xəbər verir ki, keçmiş Çexoslovakiyada 1968-ci ilin avqust hadisələrinə həsr olunan ekran əsərinin rejissoru xorvatiyalı Lordan Zafranoviç olacaq.
"Biz Depardye ilə müqavilə imzalamışıq. Sentyabrda onun komandası ilə görüşəcək və detalları müzakirə edəcəyik”, -deyə filmin prodüseri Andrey Leka bildirib.
Qeyd olunub ki, filmin ssenarisinin yarısı artıq yazılıb. Çəkilişlərin başlanması isə 2021-ci ildə nəzərdə tutulub. Büdcəsi 10 milyon dollardan artıq olan ekran əsərinin ən bahalı layihələrdən biri olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər