• cümə, 29 Mart, 11:48
  • Baku Bakı 5°C

"Jara-2017": Musiqisevərləri Qriqori Lepsin yaradıcılıq gecəsi gözləyir

30.07.17 15:21 1705
"Jara-2017": Musiqisevərləri Qriqori Lepsin yaradıcılıq gecəsi gözləyir
İyulun 30-da "Sea Breeze" istirahət mərkəzində "Jara-2017" Beynəlxalq Musiqi Festivalının dördüncü - sonuncu gününün konserti olacaq.
AZƏRTACxəbər verir ki, festivalın sonuncu günü musiqisevərləri Qriqori Lepsin yaradıcılıq gecəsi gözləyir. Tamaşaçılara sürpriz duetlər, məşhur hitlərin yeni tərzdə ifası, bir-birindən parlaq musiqi nömrələri təqdim olunacaq. Həmin gün səhnəyə Sergey Lazarev, IOWA, Dima Bilan, Nərgiz, Valeri Meladze, LOBODA, Nikolay Baskov, Stas Mixaylov, Aleksandr Panayotov, Diana Arbenina, EMİN, Qlyuk'oza, Soso Pavliaşvili, Stas Pyexa, Lolita, Aleksandr Marşal və başqaları çıxacaqlar.
Qeyd edək ki, müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovun birgə təşkilatçılığı ilə ərsəyə gələn bu festivalın iştirakçılarının sayı artmaqdadır. Əgər keçən il Bakıya artistlər, musiqiçilər, rəqqaslar və onları müşayiət edən heyətlərlə birlikdə 500-dən çox qonaq gəlmişdisə, bu il bu rəqəm 800-ü keçib.
"Jara-2017"nin aparıcıları Yana Çurikova, Andrey Malaxov və Maksim Qalkindir.
banner

Oxşar Xəbərlər