AZE | RUS | ENG |

Janna d`Ark rolunun 10 yaşlı ifaçısı fransız kinosunun fenomeni olub

Janna d`Ark rolunun 10 yaşlı ifaçısı fransız kinosunun fenomeni olub
Janna d`Ark rolunun 10 yaşlı ifaçısı Liz Lyepla-Prudom fransız kinosunun fenomeni olub. Orta əsrlər Fransa həyatının xüsusiyyətləri və yaş fərqinə baxmayaraq, aktrisa bu obrazı özünəməxsus çalarlara və uğurla canlandırıb.
AZƏRTAC desistfilm.com saytına istinadla xəbər verir ki, sentyabrın 10-da ekranlara çıxan "Janna” filminin rejissoru və ssenari müəllifi Bruno Dumon 10 yaşlı aktrisanı baş rola dəvət edib. Birinci Dünya müharibəsində həlak olmuş şair və dramaturq Şarl Peqinin pyesinin motivləri əsasında lentə alınan ikisaatlıq filmdə Yüzillik müharibə dövrünün dramatik hadisələri canlandırılıb. Baş rolun məktəbli qıza həvalə edilməsi barədə jurnalistlərin suallarını cavablandıran Dumon bildirib ki, burada təəccüblü heç nə yoxdur. Onun sözlərinə görə, "Orlean qızı”nın qəhrəmanlıq tarixçəsi haqqında lentə alınan onlarla tammetrajlı filmdə aktrisaların yaşı Janna d`Arka uyğun olmayıb. Belə ki, edam olunduğu zaman Fransanın milli qəhrəmanının cəmi 19 yaşı olub.
Məktəbli qız Liz isə Dumonun əvvəlcədən nəzərdə tutduğu aktrisanın çəkilişlərdə iştirak edə bilməməsi səbəbindən seçilib. İki il əvvəl – 8 yaşında "Jannet” adlı müzikldə ifa etdiyi rol ilə diqqətləri cəlb edən Liz, rejissorun fikrincə, Janna d`Ark rolunu ifa etməyə ən uyğun namizəd olub. Dumon bildirib ki, məktəbli aktrisa kino aləmi üçün sözün həqiqi mənasında bir kəşf olub. "Kino sınaqlarından sonra zirehli geyimdə olan bu qızcığazda qeyri-adi bir ruh olduğunu gördük. Bu, hər birimizin uzun müddət xatırlayacağı uşaqlıq illərinin unikal şəkildə canlandırılmasıdır”, -deyə Dumon əlavə edib.
Liz kinopavilyondan kənarda özünün "Janna” adı ilə çağırılmasını xoşlamır. Əlavə edir ki, gələcək həyatını kinematoqrafla bağlamaq fikrində də deyil, onun meyil göstərdiyi sahə heyvanlar aləmidir. Məktəbli aktrisa atçılıq idmanı ilə məşğul olur və böyüyəndə atlara baxmaq istəyir.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299