• cümə axşamı, 28 mart, 23:42
  • Baku Bakı 13°C

Jan dö Dröy: Mədəniyyət Mərkəzində Fransa ilə yanaşı, Azərbaycanın da ab-havasını duydum

16.09.18 15:20 511
Jan dö Dröy: Mədəniyyət Mərkəzində Fransa ilə yanaşı, Azərbaycanın da ab-havasını duydum
"Avropa İrs Günləri” çərçivəsində Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində təşkil edilmiş "açıq qapı” gününü yüksək dəyərləndirirəm. Təşkilatçılar ziyarətçilərə ölkənizlə tanış olmaq imkanı yaratdılar, zəngin mədəniyyətiniz haqqında ətraflı məlumat verdilər.
Bu fikriAZƏRTAC-a müsahibəsində "Avropa İrs Günləri” çərçivəsində Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət etmiş Jan dö Dröy deyib.
Bildirib ki, bu gün əsl sarayı kəşf edib və Mədəniyyət Mərkəzində aparılan bərpa işlərinin keyfiyyətinə valeh olub. Burada özünü göstərən harmoniya göz oxşayır: həm divarlarda, həm mebellərdə, habelə parçalar və rənglər yüksək zövqlə seçilib. Biz fransızlar irs abidələrinə, xüsusilə də onların restavrasiyasına çox həssasıq.
"Bu mərkəzdə Fransa ilə yanaşı, Azərbaycanın da ab-havasını duydum. Belə ki, bəzi məqamlarda ölkənizə məxsus çalarları gördüm. Azərbaycan incəsənəti və mədəniyyətinə həsr edilmiş muzeyi çox sevdim, maraqlı idi. Fotosərgi vasitəsilə Bakıya sanki səyahət etdik. Təşkilatçılara təşəkkür edirəm” - deyə J. Dröy vurğulayıb.
banner

Oxşar Xəbərlər