• şənbə, 20 Aprel, 14:56
  • Baku Bakı 23°C

Jan-Batist Lömuan: “İki dost dövlətin anlaşılmazlıqları öz aralarında həll etməsi önəmlidir”

27.01.21 13:07 362
Jan-Batist Lömuan: “İki dost dövlətin anlaşılmazlıqları öz aralarında həll etməsi önəmlidir”
"Fransa müharibə dövründə Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı daima mövqeyini bildirib. Şəxsən mən özüm bu barədə Senatda çıxışımda qeyd etmişdim”.
APA-nın xəbərinə görə, bunu Fransanın Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuan deyib.
"Təbii ki, müəyyən anlaşılmazlıqlar baş verib. Lakin iki dost dövlətin bunu öz aralarında danışması, həll etməsi önəmlidir. Hər iki prezidentin şəxsində biz bunu gördük. Biz gələcəyə baxmalıyıq. Əsas olan budur. Prezidentlər də telefon danışıqlarında bunu vurğulayıblar. Ümid edirəm ki, iki ölkə arasında qarşılıqlı səfərlər olacaq. Deyərdim ki, bu istiqamətdə ilk bünövrəni qoyanlardan biri mən olmuşam”, - deyə dövlət katibi vurğulayıb.

banner

Oxşar Xəbərlər