• cümə, 26 Aprel, 08:21
  • Baku Bakı 12°C

İyunun 1-də bulvarda uşaqlar üçün attraksionlar pulsuz olacaq

26.05.17 17:23 1042
İyunun 1-də bulvarda uşaqlar üçün attraksionlar pulsuz olacaq
Azərbaycan RespublikasınınNazirlər Kabinetiyanında Dənizkənarı Bulvar İdarəsi
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçiriləcək.

Bu barədəAPA-ya idarədən daxil olan məlumatda bildirilib.

Dənizkənarı Bulvar İdarəsinin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi aksiyada yaşı 16-ya qədər uşaqlar iyunun 1-də saat 10:00-dan 15:00-dək bulvardakı əyləncə vasitələrindən istifadə edə bilərlər.

Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavliyonu, "Qorxulu Ev”, "Pirat”, ”Möcüzələr dünyası”, "Qüllə” attraksionları, "Şəfəq” və "Mirvari” gəzinti gəmiləri azyaşlılara ödənişsız xidmət göstərəcək.

Aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq.
banner

Oxşar Xəbərlər