• şənbə, 20 Aprel, 13:58
  • Baku Bakı 23°C

İyunun 1-də baş verən yol qəzalarında 21 nəfər xəsarət alıb

02.06.18 11:15 893
İyunun 1-də baş verən yol qəzalarında 21 nəfər xəsarət alıb
İyunun 1-də respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 85 cinayət faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, baş verən cinayətlərin 23-ü "isti izlər”lə açılıb. Məlumata görə, həmin gün əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.
Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Gün ərzində respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 1 nəfər ölüb, 21 nəfər xəsarət alıb.
Məlumata görə, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər