• şənbə, 20 Aprel, 01:43
  • Baku Bakı 15°C

İyunda qlobal neft tədarükü artıb

12.07.19 16:00 9188
İyunda qlobal neft tədarükü artıb
Qlobal neft təklifi iyunda may ayı ilə müqayisədə orta hesabla 300 min barrel artaraq sutkada 100 milyon 280 min barrelə çatıb.
AZƏRTACxəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Hesabata görə, ötən ay Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin tədarükü isə Qazaxıstan, ABŞ və Braziliyada istehsalın çoxalması ilə 390 min barrel artaraq gündəlik 64 milyon 800 min barrel olub.
banner

Oxşar Xəbərlər