• cümə axşamı, 25 aprel, 11:45
  • Baku Bakı 14°C

İyunda əhalinin əmanətləri artıb

04.08.17 11:50 1078
İyunda əhalinin əmanətləri artıb
Bu ilin iyul ayının 1-nə banklarda yerləşdirilən depozitlərin məbləği 16 mlrd. 687,2 mln. manat təşkil edib.
"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir. Hesabatdan məlum olur ki, iyun ayında ölkədə fəaliyyət göstərən banklarda yerləşdirilən depozitlərin məbləği yüksəlib. Belə ki, may ayı ilə müqayisədə iyunda banklardakı depozitlərin məbləği 35,9 mln. manat və ya 0,22% artıb.
May ayı ilə müqayisədə iyunda əhalinin banklardakı əmanətlərinin həcmi 60,6 mln. manat və ya 0,89% artıb. İyul ayının 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin həcmi 6 mlrd. 880,7 mln. manat təşkil edir.
Ümumiyyətlə, bu ilin əvvəlindən əhalinin əmanətləri 551,4 mln. manat və ya 7,42% azalıb.
banner

Oxşar Xəbərlər