• cümə, 29 Mart, 10:21
  • Baku Bakı 5°C

İyulun 3-də növbəti buraxılış imtahanı keçiriləcək

22.06.18 10:15 605
İyulun 3-də növbəti buraxılış imtahanı keçiriləcək
İyulun 3-də keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
Dövlət İmtahan Mərkəzindən APA-ya bildirilib ki, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilər.
İyulun 3-də Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi,Xocavənd,Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən və Xızı rayonunun ümumtəhsil müəssisələrinin məzunları, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün ümumi və tam orta təhsil səviyyəsi üzrə (9-cu və 11-ci sinif) buraxılış imtahanı keçiriləcək.
Buraxılış imtahanında iştirak edəcək şagirdlər
http://eservices.dim.gov.az/sagirdBV/linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin "Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olanarayışı DİM-in saytındanyükləmək olar.
banner

Oxşar Xəbərlər