• cümə, 26 Aprel, 10:51
  • Baku Bakı 12°C

İyulun 27-də keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb

28.07.17 13:40 1241
İyulun 27-də keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindəniyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahan zamanı təxliyə olunan abituriyentlər üçün 27 iyulda keçirilmiş yeni qəbul imtahanının nəticələrini elan edib.
MərkəzdənAPA-ya verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və "cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər. Nəticələr haqqında məlumatı mobil operator nömrələrindən "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənmək olar.
İmtahanda iştirakı gözlənilən 832 abituriyentdən98 nəfəri imtahanda iştirak etməyib. İki abituriyent imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Qeyd edək ki, iyulun 22-də Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. İmtahan zamanı Bakının Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda – idman zalında elektrik naqillərində yanğın baş verib. Yanğının imtahan keçirilən binaya keçmə ehtimalı olmasa da, tüstülənmə olub və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün imtahan iştirakçılarının imtahan binasından təxliyə olunması, habelə Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin yenidən imtahan verməsi barədə qərar qəbul olunub.
banner

Oxşar Xəbərlər