• çərşənbə, 24 Aprel, 16:21
  • Baku Bakı 27°C

İxracatçılar “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisinə dəvət olunurlar

18.12.16 20:29 945
İxracatçılar “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisinə dəvət olunurlar
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi gələn il sentyabrın 11-dən 14-dək Moskvada keçiriləcək "Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, vahid ölkə stendində maksimum 50 şirkət iştirak edəcək. İştirakçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).
Müsabiqə İqtisadiyyat Nazirliyi kollegiyasının qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında mayın 25-də AZPROMO-da reallaşacaq.
Seçim meyarlarının cəmi üzrə keçid balı minimum 20 olmalıdır.
Vahid ölkə stendində iştirak etmək üçün ərizə, nümayiş olunacaq məhsulların siyahısı, sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar mayın 1-dək AZPROMO-ya təqdim edilməlidir. Ünvan: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Bakı Biznes Mərkəzi, Neftçilər prospekti 32, Bakı, AZ1000.
İxracatçılar əlavə məlumat əldə etmək üçün elektron poçt ünvanı ([email protected]) və AZPROMO-da əlaqələndirici şəxs Fuad Cəfərova (tel: +99412 5980147/48 (daxili 141)) müraciət edə bilərlər.
banner

Oxşar Xəbərlər