• cümə axşamı, 25 aprel, 05:04
  • Baku Bakı 19°C

İxrac missiyalarının təşkili üçün ayrılan vəsaitin həcmi artırılıb

11.01.18 20:16 574
İxrac missiyalarının təşkili üçün ayrılan vəsaitin həcmi artırılıb
İqtisadiyyat Nazirliyinin dəstəyi ilə xarici ölkələrə ixrac missiyalarının təşkili üçün ayrılması nəzərdə tutulan vəsaitin həcmi artırılıb.

APA-nın məlumatına görə, Azərbaycan prezidentiİlham Əliyevbununla bağlı "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərman verib.

Bu Qayda xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsini və ödənilmə mexanizmini müəyyən edir. Bu Qaydada nəzərdə tutulmuş dəstək tədbirlərinin maliyyələşdirilməsi, təşkili və idarə edilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Dəstək tədbirlərinin təşkili və dəstək məbləğinin ödənilməsi İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. Dəyişikliyə əsasən bundan sonra beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirak istisna olmaqla, digər dəstək tədbirlərinin həyata keçirilməsi xərcləri ilə bağlı nəzərdə tutulmuş vəsait həmin dəstək tədbirlərində iştirak edən ixracatçılara və ya xarici alıcılara ödənilməyəcək.

Qüvvədə olan Qaydaya əsasən, hər bir bazar araşdırmasına görə ödənilən dəstək məbləği 20 min manatdan artıq ola bilməzdi. Dəyişikliyə görə,bu məbləğ 20 min manatdan 30 min manata qaldırılıb. Eyni zamanda indiyə qədər hər ixrac missiyasının müddəti 4 gündən və hər ixrac missiyasında iştirak edən ixracatçıların sayı 20 nəfərdən artıq ola bilməzdi Dəyişikliyə əsasən ixrac missiyasının müddəti ilə 6 gün, hər ixrac missiyasında iştirak edən ixracatçıların sayı üçün hədd isə 30 nəfərə qaldırılıb. İndiyə qədər təşkil edilən ixrac missiyasının sayı təqvim ili ərzində 10-dan çox ola bilməzdi. Dəyişikliyə əsasən bu hədd də 25-ə qaldırılıb.
banner

Oxşar Xəbərlər