• cümə, 19 Aprel, 21:55
  • Baku Bakı 24°C

Çıxdı buz üstünə “qoçaq” Mourinyo - Video

05.02.19 11:25 530
Çıxdı buz üstünə “qoçaq” Mourinyo - Video
Joze Mourinyonun işləri son vaxtlar heç də qaydasında getmir.
Kaspi.az xəbər verir ki, "Mançester Yunayted”dən istefaya göndəriləndən sonra hələ də işsiz olan Mourinyo buz üzərinə çıxıb. O, Kontinental Xokkey Liqasında (KXL) keçirilən "Avanqard” – Ska qarşılaşmasını arenadan izləyib. Joze Mourinyoya simvolik iş də həvalə edilib.
O, şaybanı oyuna daxil etməli olub. Ancaq onun bu cəhdəi uğursuz alınıb. Portuqal mütəxəssis şaybanı buz üzərinə atdıqdan sonra müvazinətini qoruya bilməyərək yıxılıb. Baxmayaraq ki, Jozenin ayaqları altında qırmızı xalça da olub. Xokkeyçilər ona ayağa qalmağa yardım ediblər.
Mourinyo yıxılsa da, xəsarət almayıb. O, arenanı gəzib, xokkeyçilərlə şəkil çəkdirib.
banner

Oxşar Xəbərlər