• cümə, 29 Mart, 08:47
  • Baku Bakı 5°C

IX sinifi bitirməyən şəxslər üçün eksternat qaydasında imtahan keçirilib

16.01.17 18:25 1332
IX sinifi bitirməyən şəxslər üçün eksternat qaydasında imtahan keçirilib
Müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirməyən şəxslər üçün eksternat qaydasında imtahan keçirilib.

Bakı şəhəri üzrə Təhsil İdarəsindənAPA-ya verilən xəbərə görə, eksternat imtahanlarında iştirak etmək üçün 16 yaşı tamam olmuş 35 nəfər qeydiyyatdan keçib.

Ümumi orta təhsil kursu üzrə eksternat imtahanlarında iştirak etmək üçün ərizə qəbulu 19-30 dekabr tarixlərində keçirilib. Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə keçirilmiş imtahanda 29-u Azərbaycan, 4-ü rus bölməsi olmaqla, 33 nəfər iştirak edib. Onlardan 24 nəfər imtahandan keçib.

Qeyd edək ki, imtahandan müvəffəqiyyətlə keçən şəxslər ümumi orta təhsil haqqında sənəd əldə etmək üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarında iştirak etməlidirlər.
banner

Oxşar Xəbərlər