• şənbə, 20 Aprel, 14:21
  • Baku Bakı 23°C

IX “Molla Nəsrəddin” - Azərbaycan - 2018” beynəlxalq müsabiqəsi elan edilib

29.12.17 14:00 1042
IX “Molla Nəsrəddin” - Azərbaycan - 2018” beynəlxalq müsabiqəsi elan edilib
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi IX "Molla Nəsrəddin” - Azərbaycan - 2018” beynəlxalq karikatura müsabiqəsini elan edib. 2018-ci ildə "Molla Nəsrəddin – Azərbaycan” beynəlxalq karikatura müsabiqəsinin 10 ili tamam olur. Məhz bu münasibətlə təşkil olunan müsabiqə "Yubiley” mövzusuna həsr edilir.
AZƏRTACxəbər verir ki, müsabiqə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi ilə keçirilir.
Müsabiqənin şərtlərinə görə, təqdim ediləcək işlər "Yubiley” ("Molla Nəsrəddin” karikatura müsabiqəsinin 10 illiyidir) və "Yubiley” (Mənim 50 yaşım tamam olur) mövzularını əhatə etməlidir. İştirakçılar karikaturalarla birlikdə ürək sözlərini, fikir və təkliflərini, eləcə də iradlarını yazıb göndərə bilər. Fikirlər karikaturalarla birlikdə müsabiqənin albomunda dərc ediləcək. Müsabiqə internet vasitəsilə keçirilir. Karikaturalar 2018-ci il oktyabrın 10-dək 300 dpi, jpg formatı[email protected] ünvana göndərilməlidir. Hər bir rəssam 2-5 karikatura göndərə bilər.
Karikaturaları beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Birinci, ikinci və üçüncü yerin sahiblərinə müvafiq olaraq qızıl, gümüş, bürünc medal və diplomlar veriləcək. Habelə münsiflər heyətinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Karikatura Mərkəzinin xüsusi mükafatları olacaq.
"Molla Nəsrəddin - Azərbaycan” Beynəlxalq Karikatura Müsabiqəsinin təşkilatçısı Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadədir.
banner

Oxşar Xəbərlər