• cümə, 19 Aprel, 10:58
  • Baku Bakı 13°C

İvanişvili kilsənin etirazlarından sonra geri çəkildi

21.09.18 17:33 872
İvanişvili kilsənin etirazlarından sonra geri çəkildi
Gürcü kilsəsinin marixuananın tibbi məqsədlər üçün becərilməsini leqallaşdırmağı nəzərdə tutan qanun layihəsinə etirazı öz bəhrəsini verib. Məhz kilsənin etirazından sonra Gürcüstan hökuməti təklif olunan qanun layihəsini geri qaytarıb. Parlamentin spikeri İrakli Kobakidze kilsə rəhbərliyi ilə görüşdən sonra jurnalistlərə deyib ki, hökumət hər hansı "tələsik qərarlar verməyəcək və öz mesajını bütün respublika ictimaiyyətinə çatdırmağa çalışacaq. "Civil.ge” saytı yazır ki, spiker "yanlış məlumatlar yayılmaqdadır, buna görə də biz ictimaiyyətə məlumat verməyə xüsusi diqqət yetirməli və daha sonra birlikdə qərar verməliyik”, - deyib. Kobakidzenin sözlərinə görə, layihə əleyhdarları insanlara "çaşdırıcı məlumatlar” verir və deyirlər ki, narkotiklərə qoyulan bütün məhdudiyyətlər qaldırılacaq. Buna görə də parlament gələn həftə bu məsələyə yenidən baxacaq.
Gürcüstanın Daxili İşlər Nazirliyi ayın əvvəlində bildirmişdi ki, layihə qəbul olunsa belə, marixuananın Gürcüstanda satışı yenə də cinayət məsuliyyəti daşıyacaq və layihə qəti olaraq ixrac üçün nəzərdə tutulur. İPN xəbər agentliyi yazır ki, bu ilin yayında gürcü polislər gecə klublarında narkotik reydləri keçirməyə başlamışdı və fəallar iddia edirdi ki, reyd keçirilən klublar geylərin çoxluq təşkil etdiyi yerlərdir. Polis reydlərindən sonra Gürcüstanda kütləvietirazlar başlamışdı. Gürcüstanın "Girçi” partiyası etirazlar zamanı narkotik qanunları haqqında ölkənin Konstitusiya Məhkəməsinə müraciət etmiş və məhkəmə də bu ilin iyulunda marixuana istehlakına görə inzibati cəzaları ləğv edən hökm vermişdi. Konstitusiya Məhkəməsinin qərarına görə, marixuanadan istifadə "ictimai asayişə təhlükə yaratmır”. Ali Məhkəmə instansiyası iddiaçının əsas arqumentini də təsdiqləyib: hər bir şəxsin öz istirahəti, relaksasiyası və əyləncə formasını müəyyənləşdirmək hüququ var, dövlətin bu hüquqa müdaxiləsi qəbuledilməzdir. Beləliklə, Gürcüstan bu narkotik maddədən istifadə qadağasını ləğv edən ilk keçmiş sovet respublikası olub.
Lakin marixuananın becərilməsi layihəsi yepiskoplar tərəfindən narahatlıqla qarşılanıb. Pravoslav Kilsəsinin rəhbəri patriarx II İlya da məsələ ilə bağlı açıq danışıb. "Hökumət bu məsələyə görə məsuliyyəti öz üzərinə götürməlidir. Bu, özəl sektorun öhdəsinə buraxılmamalıdır. Əgər elə olsa, o zaman nəzarət çətin olacaq və xarici ölkələrdən olan narkotik alüdəçiləri azadlıqdan yararlanmaq üçün bura gəlməyə başlayacaqlar", - o deyib. "Hökumət dövlət büdcəsi haqda düşünür, lakin milli təhlükəsizliyi düşünmür. Bu qanun ölkəni başqa bir Əfqanıstana və ya Kolumbiyaya çevirmək riski yaradır”, - deyə İlya bildirib. Yeni qanun layihəsinin önəmli olduğunu düşünənlər də var. Bundan sonra yüzlərlə kilsə tərəfdarları Tbilisinin mərkəzi sayılan Azadlıq meydanında yürüş keçirib və hökumət qərar verib ki, məsələnin ən yaxşı həlli qanun layihəsini "gözləmədə” saxlamaqdır. Hökumət deyib ki, onlar patriarxın dediyi kimi, məsuliyyəti öz üzərilərinə götürüblər, lakin maddi məsələlər "suyu bulandırmaqda” davam edir. Gürcüstanın maliyyə naziri İvane Maçavariani söyləyib ki, Gürcüstan böyüməkdə olan marixuana ixrac bazarına daxil olsa, qarşıdakı 2-3 il ərzində 384 milyon dollar gəlir əldə edə bilər. Patriarx II İlya buna cavab olaraq deyib ki, "Biz uşaqlarımızı itirəcəyiksə, iqtisadiyyatın nə əhəmiyyəti var?”
Kilsə qanun layihəsinə "fasilə verilməsinə” məcbur etdi, lakin hökumət layihəni tez bir zamanda qəbul etmək niyyətindədir.
Gürcüstanda Fermerlər Assosiasiyasının rəhbəriNino Zambakidze bildirib ki, bu təşəbbüs Gürcüstan iqtisadiyyatı üçün faydalı ola bilər: "Ancaq biz çox sərt qaydalar qoymalıyıq. Çünki, bu layihənin məqsədi marixuananı istehlak üçün istehsal etmək deyil”.
"Girçi” partiyasından Zurab Caparidze isə "civil.ge” saytına deyib ki, marixuana leqaldır və leqal maddələrin əldə edilməsinin leqal yolları olmalıdır. Marixuana istehsalı da normal işə çevrilməlidir.
Qeyd edək ki, qanun layihəsini parlamentə "Gürcü Arzusu” təklif edib. Bu layihə marixuananın tibbi və kosmetik məqsədlə ixracını leqallaşdırmağı nəzərdə tutur. Deputat Giya Bokeriya isə qərarı vətənə xəyanət adlandırıb, xəbərdarlıq edib ki, Gürcüstan "bütün dünya narkomanlarının daldalanacağına çevriləcək”.
Gürcüstanın baş naziriMamuka Baktadzebildirib ki, marixuana ixracı haqda qanun layihəsi "çox məsuliyyətli” bir addımdır və tənzimləmələr sərt olacaq. O əlavə edib ki, bu sahədə uğurlu olan ölkələrin təcrübələrindən də yararlanacaqlar.M.BaktadzeKanada və İsraili misal göstərərək deyib ki, bu ölkələr marixuana ixracından sərfəli sistem yaradıblar.
Gürcüstanda narkotik maddələrdən istifadəyə görə ciddi cəzalar var. Həbsxanalardakı məhbusların üçdə biri narkotik maddələrlə bağlı ittihamlarla həbsdədirlər. Onlar 8 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

Azər

banner

Oxşar Xəbərlər