• şənbə, 20 Aprel, 12:14
  • Baku Bakı 23°C

İvan Hinovski: “Bolqarıstan və Serbiya arasında kəmərin birləşdirilməsi TANAP-dan qaz almağa imkan verəcək”

21.01.17 15:00 1054
İvan Hinovski: “Bolqarıstan və Serbiya arasında kəmərin birləşdirilməsi TANAP-dan qaz almağa imkan verəcək”
Bolqarıstan və Serbiya qaz birləşməsinin inşasına dair Anlaşma Memorandumu imzalayıblar.
"APA-Economics”in "balkaninsight.com” saytına istinadən məlumatına görə, Bolqarıstanın energetika naziri Temenuşka Petkova və onun serbiyalı həmkarı Aleksandr Antiç Sofiyada iki ölkə arasında qaz birləşməsinin inşasına dair Anlaşma Memorandumu imzalayıblar.
T. Petkova bildirib ki, hər iki ölkə qaz kəmərinin 2019-cu ilin may ayında inşasına başlanması barədə razılığa gəliblər və bu kəmərin 2020-ci ilin sonuna tam hazır olacağına ümid edirlər.
A. Antiç isə bildirib ki, Serbiya boru kəmərinin inşasının maliyyələşdirilməsi üçün 2018-ci ildə Avropanın müxtəlif şirkətləri ilə danışıqlar aparacaq. Serbiya üçün bu kəmərin inşası 60 mln. dollara başa gələcək. Bolqarıstan isə kəmərin öz ərazisindən keçən hissəsinə 45 mln. dollar vəsait sərf edəcək.
Qeyd edək ki, Bolqarıstan və Serbiya arasında qaz birləşməsinin yaradılması Mərkəzi və Qərbi Avropa ölkələrində Avropaya qaz mənbələri və nəqlinin diversifikasiyasına yönəlmiş, həmçinin qaz infrastrukturunun yaradılması üçün vacib olan 7 prioritetdən biri hesab olunur. Layihə yekunlaşdıqdan sonra illik Bolqarıstandan Serbiyaya 1 və ya 1,8 mlrd. kubmetr, həmçinin Serbiyadan Bolqarıstana 0,15 mlrd. kubmetr təbii qaz nəql etmək mümkün olacaq. Kəmərin uzunluğu 62,2 kilometr təşkil edəcək.
Bolqarıstanın Energetika Forumunun prezidenti İvan Hinovski bildirib ki, birgə qaz boru kəməri layihəsi hər iki ölkə üçün Rusiya enerji daşıyıcılarından asılılığı azaltmağa və qaz tədarükünün diversifikasiyasına imkan verəcək. Onun sözlərinə görə, bu kəmər hazırda inşası davam edən Trans-Anadolu qaz kəməri vasitəsilə Bolqarıstandan Serbiyaya İran, Azərbaycan və Türkmənistan qazının nəqlinə geniş imkan verəcək.
banner

Oxşar Xəbərlər