• cümə axşamı, 25 aprel, 06:19
  • Baku Bakı 14°C

IV İslam Həmrəyliyi Oyunlarının yeni loqosu və brendi təqdim edildi

12.05.16 14:29 1681
IV İslam Həmrəyliyi Oyunlarının yeni loqosu və brendi təqdim edildi
APA-nın xəbərinə görə, tədbirdə bildirilib ki, azərbaycanlı dizaynerlərin hazırladığı loqo islam dövlətlərinin tarixi, irsi və mədəniyyətini özündə birləşdirib. Qeyd olunub ki, Yeni Bakı 2017 brendində əsas mövzu müsəlman dövlətlərinin əksəriyyətinə xas zəngin mədəni ənənənin tərkib hissəsi olan xalçaçılığın müasir təsviridir. Brenddə islam dünyasının sənətkarlığını, mədəniyyətini və çoxəsrlik ənənələrini əks etdirən qalın rəng palitrasından istifadə edilib.
Xalça kombinasiyasındakı elementlər Azərbaycan irsini simvolizə edir. Bu elementlər UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilmiş Qobustan Milli Parkındakı qaya üzərində tarixi təsvirlərə ehtiram əlaməti olaraq idman növləri ilə eleqant şəkildə birləşdirilib.
banner

Oxşar Xəbərlər