AZE | RUS | ENG |


IV İslam Həmrəyliyi Oyunlarının rəsmi geyim formaları təqdim edilib

IV İslam Həmrəyliyi Oyunlarının rəsmi geyim formaları təqdim edilib
İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən bu gün IV İslam Həmrəyliyi oyunlarının rəsmi geyim formaları ictimaiyyətə təqdim edilib. Apasport.az saytının məlumatına görə, geyimlərin dizaynı yarışın Əməliyyat Komitəsinin Brend şöbəsi tərəfindən hazırlanıb.
 
Fərqli görünüşlərə malik formalar rəsmi, texniki və podratçılar olmaqla, müxtəlif işçi qrupları üçün nəzərdə tutulub. Rəsmi forma dizaynlarının hazırlanması prosesində Bakı-2017 Oyunlarının loqosundan, brendin rəsmi rənglərindən və elementlərindən istifadə edilib.
 
Brendin əsas naxış elementi olan xalça, simvolik Azərbaycan və İslam xalça ikonoqrafiyasını, eləcə də petroqlifləri özündə əks etdirərək, ənənəvi Azərbaycan xalçasının müasir təsvirini yaradır.
 
İslamı özündə təcəssüm etdirən, eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarının da rəngi olan yaşıl əsas işçi heyətinin və könüllülərin formalarında xüsusi olaraq xalça motivləri üzərində özünə məxsus ahəngdarlığı ilə yer alıb.
 
İslam Həmrəyliyi Oyunlarının forma dəstinə köynək, papaq, kiçik bel çantası və şalvar daxildi.
 
Bakı-2017-nin könüllüləri və işçi heyəti üçün hazırlanmış formalar da eyni dizayna və görünüşə malikdi.
 
Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov formaların təqdimatında bildirib ki, artıq istehsala start verilib: "Formalar hər bir oyunların önəmli atributu sayılır. Burada bizim üçün əsas şərtlərdən biri bu geyimlər vasitəsilə oyunların ab-havasını ictimaiyyətə çatdırmaqdı. Bu formaları öz üzərində daşıyacaq hər kəs Oyunların bir hissəsi olmaqla bərabər, eyni zamanda, IV İslam Həmrəyliyi oyunlarının sülh, hörmət, bərabərlik və mükəmməllik mesajını da dünyaya çatdırmış olacaq”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7072
GBP 1 İngilis funt sterlinqi 2.2065
TRY 1 Türk lirəsi 0.4824
KWD 1 Küveyt dinarı 5.6202
SEK 1 İsveç kronu 0.2069
EUR 1 Avro 1.9783
CHF 1 İsveçrə frankı 1.7884
USD 1 ABŞ dolları 1.7012