AZE | RUS | ENG |


IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışında mübarizə aparacaq 8 komanda müəyyənləşib

IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışında mübarizə aparacaq 8 komanda müəyyənləşib
"Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) bu mötəbər turnirin futbol yarışında mübarizə aparacaq səkkiz komandanın adlarını açıqlayıb.

AZƏRTAC "Bakı-2017”nin saytına istinadla xəbər verir ki, ev sahibi Azərbaycan ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair milləri qələbə uğrunda mübarizə aparacaqlar. Hər bir komandanın heyəti 23 yaşadək futbolçulardan formalaşdırılıb. Bununla yanaşı, yaşı 23-dən yuxarı olan üç futbolçu da heyətdə yer ala bilər.

Hər qrupda birinci və ikinci yeri tutacaq komandalar yarımfinala çıxacaqlar. Yarımfinalda məğlub olan komandalar üçüncü yer uğrunda görüşdə üz-üzə gələcəklər. Ümumilikdə futbol yarışında 16 matç oynanılacaq. Qarşılaşmalar "Bayıl Arena”, "Dalğa Arena”, Tofiq Bəhramov adına Respublika stadionu və "Azal Arena”da keçiriləcək. Mayın 18-21-də təşkil olunacaq yarımfinal və final oyunlarının Tofiq Bəhramov adına Respublika stadionda keçirilməsi planlaşdırılır.

"Bakı-2017”nin idman direktoru Mark Haniban Azərbaycanda futbola hər zaman böyük maraq göstərildiyini diqqətə çatdıraraq deyib: "IV İslam Həmrəyliyi Oyunlarında da futbol azarkeşlərin diqqət mərkəzində olacaq. Cəmi 16 matçdan ibarət yarış elə planlaşdırılıb ki, komandalar sonuncu mərhələlərdə lazımi vaxt qazanaraq, yarımfinal və final oyunlara yaxşı hazırlaşa bilsinlər. Biletlərə tələbatın çox olması gözlənilir. Əminəm ki, Azərbaycan azarkeşləri yalnız öz komandalarını deyil, digər ölkələrin də ulduz futbolçularını dəstəkləyəcəklər”.

Futbol yarışına biletləri martın 19-dan "Bakı-2017”nin rəsmi internet səhifəsindən, həmçinin paytaxtın müxtəlif məkanlarında fəaliyyət göstərəcək 12 satış məntəqəsindən əldə etmək olar.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7026
GBP 1 İngilis funt sterlinqi 2.1922
TRY 1 Türk lirəsi 0.4768
KWD 1 Küveyt dinarı 5.6088
SEK 1 İsveç kronu 0.1957
EUR 1 Avro 1.9062
CHF 1 İsveçrə frankı 1.7478
USD 1 ABŞ dolları 1.7020