IV İslam Həmrəyliyi Oyunlarına həsr olunan görüş keçirilib - Fotolar
Azərbaycan Dillər Universitetində
(ADU) Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının "Grassroots” proqramı çərçivəsində"Feel
Closer” ("Yaxın hiss et”) layihəsi üzrə görüşkeçirilib. İdmançı səfirlərin müxtəlif
ali təhsil müəssisələrinin tələbələri ilə görüşünü təşkil etmək və İslam
Oyunlarının "Sülh”, "Hörmət”, "Birlik” və "Mükəmməllik” dəyərlərini təbliğ etmək
məqsədi daşıyanlayihəyə əsasən ilk görüş ADU-da baş tutub.
Öncə çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən
professor Əfqan Abdullayev iştirakçıları salamlayaraq bu günün əlamətdar bir
görüşə həsr olunduğunu qeyd edib. O, bildirib ki, gündən-günə daha güclü görünən
Azərbaycan dövlətinin qüdrətinə, idmanımızın imkanlarına bələd olanlar 2017-ci
ilin may ayında Bakıda keçiriləcək IV İslam
Həmrəyliyi Oyunlarının möhtəşəm bir tarixi hadisəyə çevriləcəyinə əmindirlər.
Çünki hamı müstəqil Azərbaycan dövlətinin və onun idmanının nəyə qadir olduğunu
yaxşı bilir.
Daha sonra Ə.Abdullayev İslam Oyunları haqqında
danışaraqAzərbaycanın paytaxtı Bakı şəhərinin 2013-cü ilin iyulunda Ciddədə
İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında oyunların ev
sahibliyinə layiq görüldüyünü söyləyib və yarışlarda iştirak edəcək idmançılarımıza
uğurlar arzulayıb.
Bakı 2017"Grassroots” proqramı və daxili əlaqələr
üzrə menecer Ülviyyə ƏkbərovaIV İslam Həmrəyliyi Oyunları haqqında ümumi məlumat
verərək onun islam dünyasını birləşdirən maraqlı multi-idman tədbiri olduğunu
qeyd edib. Daha sonra o, İslam Oyunları
çərçivəsində həyata keçirilən "Grassroots”proqramının idmanın kütləviliyini
artırmaq, oyunların dəyərini əyani nümayiş etdirmək üçün imkan olduğunu, ADU-da
baş tutan görüşün isə gəncləri idmana cəlb etmək, eyni zamanda tələbələri
sevimli idmançıları ilə görüşdürmək vəBakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının
təbliğat işini geniş şəkildə aparmaq məqsədi daşıdığını diqqətə çatdırıb.
Tədbirdə iştirak edən idmançı səfirlər-paracüdoçu
İlham Zəkiyev, taekvandoçu Fəridə Əzizova, boksçu Kamran Şahsuvarlı və cüdoçu
Elmar Qasımovİslam Oyunlarının "Sülh”, "Hörmət”, "Birlik” və "Mükəmməllik” dəyərləri
haqqında məlumat veriblər.
Görüşdə, həmçininIV İslam Həmrəyliyi Oyunlarına və
idmançı səfirlərin nailiyyətlərinə həsr edilən videoçarxlar təqdim edilib, tələbələrin
sualları cavablandırılıb.