• cümə axşamı, 18 aprel, 22:14
  • Baku Bakı 21°C

IV İslam Həmrəyliyi oyunları İslam ölkələri mediasında - Monitorinq

18.05.17 17:10 992
IV İslam Həmrəyliyi oyunları İslam ölkələri mediasında - Monitorinq
İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosasiyası AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində "Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunlarınınİslam ölkələrimətbuatında işıqlandırılmasının monitorinqi”ni aparır. Azadinform xəbər verir ki, monitorinq əsasən İslam ölkələrində ərəb, ingilis və rus dilli mətbuat orqanları üzrə aparılır.
Monitorinqlər belə deməyə əsas verir ki, İslam ölkələrinin bütün mətbuat orqanlarında Bakı Oyunlarının işıqlandırılmasına geniş yer verilir.
Səudiyyə Ərəbistanının "Ukaz” qəzeti və "okaz.com.sa” saytı "IV Bakı İslam Həmrəyliyi Oyunlarının əfsanəvi açılışı” başlığı adı altında yazı dərc edib. Burada qeyd olunub ki, Azərbaycan prezidenti İlham Əliyev 3 qitədən 54 dövlətin 6000-dən çox idmançısının, bir sıra dövlət və hökumət başçılarının, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Osaymin iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunlarının əfsanəvi rəsmi açılışını etdi. Məlumatda bildirilib ki, açılış mərasimi Azərbaycanın paytaxtı olan Bakının səmasını nura boyayan atəşfəşanlıqla yekunlaşdı.
İordaniyanın "Əl-Ray” qəzeti İslam oyunları, burada iştirak edən iordaniya idmançıları və onların uğurları haqqında geniş yazı dərc edib.
Qətərin "Əl-Ərəm” nəşri müxtəlif qitələrdəki idmançıların 20 növ idman yarışı uğrunda yaraşacaqlarını və Oyunlarda dövlətlərin iştirakı barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Məhəmməd Xəcin Əl Mərinin daşıdığı Qətər bayrağının altında addımlayan idmançıları 70000 tamaşaçı yüksək hərarətlə alqışlayıb. Qəzet Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın çıxışına böyük yer ayırıb. Həmçinin İƏT-in Baş katibi Dr. Yusif bin Əhməd Əl-Osaymin çıxışını dəyərləndirib. Qəzetdə açılış boyu səslənən ecazkar Azərbaycan musiqilərinin tamaşaçılarda doğurduğu təəssüratlardan da söz açılır.
Həm İslam, həm də Avropa və başqa ölkələrdə ingilis dilində nəşr olunan qəzetlərdə də İslam Oyunlarına geniş yer ayırılıb.
"The Muslim News” qəzeti 12 may tarixli sayında Oyunlarda iştirak edəcək 105 Fələstin idmançısının Qəzzadan olan 25 atletinin Bakıya gəlməyinə İsrailin icazə verməməyi barədə məlumat yayıb. Məlumatda qeyd olunub ki, Fələstin Olimpiya Komitəsinin nümayəndəsi Əhməd Əl Əli bildirib ki, 105 Fələstin atletindən 25-nin Qəzzadan çıxmasına İsrail hökuməti qadağa qoyub.
Nigeriyada ərəb və fransız dillərində yayımlanan esinislam.com saytı Bakı İslam Həmrəyliyi Oyunlarına geniş yer ayırıb.
İranın "İRNA” İnformasiya Agentliyi İslam Oyunlarında üçlüyə daxil olan İran atletləri, qadın və kişi idmançılarının qazandığı uğurlar barədə ətraflı məlumat verib. Eyni zamanda, burada mayın 15-də keçirilən yarışda İranın Qətər komandasına qalib gəlməsi xəbəri də verilib.
Səudiyyə Ərəbistanında yerləşən "Islamic Solidarity Sports Federation” (İSSF) – İslam Həmrəyliyi İdman Federasiyası Oyunların bütün məlumatlarını davamlı olaraq canlı yayım vasitəsilə 58 ölkədə yayıldığını xəbər verir.
Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) "Əl-bəyan”, "Əl-Vatan”, "Oman” qəzetləri və eyni adlı saytları, Yəmənin "Saba Net” İnformasiya Agentliyi, Misirin məşhur "Əl-Əhram”,"Əl-Cumhuriyyə”, "Əl-Əxbar”, "Əl-Vətən”, "Əl-Fəcr” qəzetləri və saytları, Livanın "Əl-Nahar”, "Əl-Səfir”, "Əl-Əxbar” qəzetləri, Sudanın sudanile.com saytı, Suriyanın, İraqın müəyyən qəzetləri və saytları İslam Oyunları barədə geniş və ətraflı məlumat verib, hazırda da bu sahədə xəbərlər yaymaqda davam edirlər.
Çox təəssüf ki, Beynəlxalq Olimpiya Komitəsinin dünyaca məşhur saytı olan "olimpic.org” və digər Qərb mediasında Bakı İslam Həmrəyliyi Oyunları barəsində mayın 16-na qədər heç bir məlumata rast gəlinməyib.
banner

Oxşar Xəbərlər