AZE | RUS | ENG |

İTV-nin Yayım Şurasına yeni üzvlər seçildi – ADLAR

İTV-nin Yayım Şurasına yeni üzvlər seçildi – ADLAR
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlərin seçilməsi məsələsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, Yayım Şurasına idman federasiyaları tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı və Azərbaycan Qalaqapı Federasiyasının vitse-prezidenti Orxan Muxtarov, dini konfessiyalar tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən isə Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova və Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi Cəmilə Həsənovanın namizədliyi irəli sürülüb.

Müzakirələrdən sonra yuxarıda adları qeyd olunan şəxslərin namizədlikləri təsdiq olunub.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8856
GEL 1 1 Gürcüstan larisi 0.5846
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0666
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1759
CHF 1 1 İsveçrə frankı 1.7355
KWD 1 1 Küveyt dinarı 5.5864
TRY 1 1 Türkiyə lirəsi 0.3045