• cümə, 29 Mart, 03:36
  • Baku Bakı 7°C

İTV-nin işçisi öz maşınında yanaraq həlak oldu

18.09.13 08:02 1474
İTV-nin işçisi öz maşınında yanaraq həlak oldu
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, rayonun Kürkəndi kəndində 1984-cü il təvəllüdlü Novruzov Samir Sabir oğluna məxsus "NİSSAN" markalı minik avtomobili sahibi məlum olmayan digər vətəndaşa məxsus "TOFAŞ" markalı minik avtomobili ilə toqquşub. Nəticədə "NİSSAN" markalı avtomobilin mühərrik hissəsi yanıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat edib və yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Yanğın saat 00:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
APA-nın əldə etdiyi xəbərə görə, "TOFAŞ" markalı avtomobilinin vəfat etmiş sürücüsü İTV telekanalının əməkdaşı Tural Bağırovdur.
banner

Oxşar Xəbərlər