• cümə, 26 Aprel, 19:40
  • Baku Bakı 22°C

İTV-nin əməkdaşları müayinə olundu

08.04.14 12:03 1107
İTV-nin əməkdaşları müayinə olundu
Azərbaycan Diabet Liqası (ADL) “Erkən aşkarlanma və erkən müdaxilə sağlamlığın təminatıdır!” adlı layihəyə başlamışdır.
ADL-dən AzərTAc-a bildirmişlər ki, layihə çərçivəsində ilk tədbir İctimai Televiziya və Radio Yayımları Şirkətində keçirilmişdir. Şirkətin əməkdaşları həkim qrupu tərəfindən müayinə olunmuşlar.
Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzi (REM) direktorunun müavini, ADL-in sədri Yeganə Sultanova tədbirdə çıxış edərək bildirmişdir ki, hazırda dünyada 380 milyon insan şəkərli diabet xəstəsidir. Azərbaycanda isə bu xəstələrin sayı 200 mindən çoxdur. Bu xəstəliyin surətli artımı, yaratdığı tibbi, sosial, iqtisadi və psixoloji problemlər bütün dünya ölkələrini narahat edir. Ona görə də diabet xəstəliyinin və onun fəsadlarının qarşısının alınması məqsədi ilə müxtəlif yollar araşdırılır. Şəkərli diabetin erkən aşkarlanması, həmçinin əhali və risk qrupuna aid olanlar arasında maarifləndirmə işinin aparılması bu yollardan biridir.
Tədbir iştirakçılarına məlumat verilmişdir ki, ADL bu missiyaya uyğun olaraq indiyədək 60-dan çox müxtəlif layihə həyata keçirmişdir. “Erkən aşkarlanma və erkən müdaxilə sağlamlığın təminatıdır!” layihəsi də bunlardan biridir. Layihəyə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası maliyyə yardımı göstərir.
Həmçinin REM-in təcrübəli heyəti də layihənin əsas təşkilatçılarındandır. İki ay davam edəcək layihə çərçivəsində əsasən dövlət və özəl sektorlarda çalışan əməkdaşlar işdən yayınmadan şəkərli diabetlə bağlı yerindəcə müayinə olunacaqlar. Bundan sonra isə qanda qlükozanın səviyyəsinin normadan artıq olduğu aşkarlanan xəstələrin qeydiyyatı aparılacaq və onlara lazımi məsləhətlər veriləcəkdir. Ehtiyac olarsa, müayinələr REM-də davam etdiriləcəkdir.
banner

Oxşar Xəbərlər