AZE | RUS | ENG |

İTV dünya çempionatını da yayımlayacaq

İTV dünya çempionatını da yayımlayacaq
“UEFA və Avropa Yayım İttifaqı arasında imzalanan müqaviləyə əsasən, milli komandaların seçmə mərhələ oyunları quruma üzv olan 30 ölkədə İctimai Televiziya vasitəsilə yayımlayacaq. İctimai Televiziya və Radio Yayımları Şirkəti Avropa Yayım İttifaqının Azərbaycanda həm yeganə, həm də tam hüquqlu üzvüdür. Belə olan halda, yayım avtomatik bizim öhdəçiliyimizə düşür”. Bu fikirləri apasport.az saytına açıqlamasında İctimai Televiziyanın (İTV) İnformasiya və Analitik Departamentinin şərhçisi Tural Dadaşov bildirib. UEFA və Avropa Yayım İttifaqı arasında millinin oyunlarının teleyayım hüququ ilə bağlı imzalanan müqaviləni şərh edən Dadaşov qitə futbol qurumunun qərarını alqışlayıb. O bildirib ki, UEFA yalnız gəliri deyil, bayrağı altında keçirilən oyunların daha çox kütləvi olmağında, azarkeşlər tərəfindən izlənməsində maraqlıdır. Dadaşov qeyd edib ki, anlaşma tək Avro-2016 deyil, DÇ-2018-nin Avropa zonası üçün seçmə mərhələ oyunlarına da aiddir: “Bu haqda bizim şirkətə məktub daxil olub. Həmin məktubla tanış olmuşam. Yəni, 2014-2018-ci illərdə milli komandamızın həm ev, həm də səfər oyunlarının hamısı İctimai Televiziya ilə yayımlanacaq. Millinin oyununu yayımlamağı hər bir telekanal istəyər. Bizim də indiyədək böyük beynəlxalq layihələrimiz olub. Bildiyiniz kimi, bütün Olimpiya Oyunları Azərbaycanda yalnız bizim kanalda yayımlanır. Təbii ki, bu cür nüfuzlu yarışların sırasında millimizin də oyunlarının olmağını arzulayırdıq. Çünki milliyə maraq həddindən artıq böyükdür və ona görə də yayımla maraqlanmağa başlamışdıq”. İTV rəsmisi idman şöbələrinin istənilən beynəlxalq yarışlar – istər futbol, istərsə də digər idman növləri üzrə tam təcrübəsinin olduğunu deyib: “Ötən il Azərbaycanda keçirilən 17 yaşadək qızlardan ibarət yığmalarının dünya çempionatının final mərhələsinin eksklüziv yayım hüququ bizdə idi. Düzdür, bu yığmalar arasında fərq olsa da, istənilən halda, təcrübə var. Çalışacağıq ki, yayım maksimum yüksək səviyyədə olsun. Buna hazırlaşmağa yetərincə vaxtımız var”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311