• cümə, 29 Mart, 09:07
  • Baku Bakı 5°C

İttihamlara cavab verdi: Hər şeyi siz başladınız

27.05.19 13:30 523
İttihamlara cavab verdi: Hər şeyi siz başladınız
"Mançester Siti”nin direktorlar şurasının sədri Haldon əl-Mübarək La Liqanın prezidenti Xavyer Tebasın ittihamlarına cavab verib.
Kaspi.az xəbər verir ki, Tebas "Mançester Siti”ni futbolçuların transferi üçün ağlasığmaz məbləğdə pul ödəməklə, bazarda qiymətləri qaldırmaqda ittiham etmişdi. Əl-Mübarək isə transfer bazarında qiymətlərin məhz İspaniya klublarının sayəsində qalxmağa başladığını bildirib:
"Onlar deyirlər ki, bazarda qiymətləri biz qaldırırıq? Bu sözlərdə riyakarlıq kifayət qədər yüksəkdir. Gəlin transfer bazarında qiymətlərin qalxması dövrünə nəzər salaq. Bütün bunları İspaniya klubları başlamışdı.
Fiqu, Zinəddin Zidan. Bu transferlər böyük nağıllar idi. Onları kim başlamışdı? İki klubun dominantlıq etdiyi La Liqanın tarixinə nəzər salın.
Transfer rekordu sayılan top-10-da "Siti”nin bircə futbolçusu da yoxdur. Ona görə də, belə ittihamları ciddi qəbul etmirəm. Bizim liqa dünyada ən yaxşıdır. Bu, xüsusi liqadır”.
banner

Oxşar Xəbərlər