İttiham etdi, yığma karyerasını bitirdi
"Bavariya”nın
futbolçusu Sandro Vaqner yığma karyerasını bitirdiyini elan edib.
Kaspi.az xəbər
verir ki, Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Vaqneri DÇ-2018-ə gedəcək
heyətə salmadığına görə, o, karyerasını bitirmək qərarına gəlib. Futbolçu
"instaqram”da məsələ ilə bağlı yazdığı statusda məşqçilər korpusunu da ittiham
edib:
"Mən yığma
komandadan gedirəm. Aydın görünür ki, açıq, vicdanlı və ədalətli davranışımla məşqçilər
korpusunu qane etmirəm.
Uşaqlara
Rusiyada uğur arzulayıram və inanıram ki, vətənə çempion kimi qayıdacaqlar. Mənim
karyeramda isə ən vacib məqam artıq baş verib. Yenidən "Bavariya”da - sevimli
komandamdayam”.