İttiham: Cinsi istismar üçün Braziliyadan Fransaya qızlar gətizdirib
Braziliyalı
model Nacil Trinidad PSJ-nin futbolçusu Neymardan əl çəkmir.
Kaspi.az xəbər
verir ki, model bir müddət əvvəl Neymarı zorlamada ittiham etmişdi. Ancaq bu
ittiham təsdiqini tapmamışdı.
Nacil Neymara
qarşı yeni ittiham irəli sürüb. O, futbolçunu fahişəlik şəbəkəsi yaratmaqda
günahlandırır. Onun iddiasına görə, Neymar cinsi istismar üçün Braziliyadan
Fransaya qızlar gətizdirir.
Nacil məsələ ilə
bağlı Fransa məhkəməsinə müraciət edib. Ancaq işə Braziliyada da baxılması
istisna olunmur.