• şənbə, 11 May, 06:25
  • Baku Bakı 12°C

İtkin düşən alpinistlərin axtarışlarına əlavə qüvvələr cəlb olunub

28.12.17 12:10 690
İtkin düşən alpinistlərin axtarışlarına əlavə qüvvələr cəlb olunub
Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərarqahı məlumat yayıb.

Fövqəladə Hallar NazirliyindənAPA-ya verilən məlumatda bildirilir ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" -havavə ekstrim idman klubunun üzvləriCəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub.
banner

Oxşar Xəbərlər