• cümə axşamı, 28 mart, 15:56
  • Baku Bakı 16°C

İtirilmiş və tapılmış əşyalara aid sayt yaradılıb

17.02.15 10:49 3667
İtirilmiş və tapılmış əşyalara aid sayt yaradılıb
Azərbaycanda itirilmiş və tapılmış əşyalara aid sayt yaradılıb – onun vasitəsilə əşya barədə pulsuz elan vermək mümkün olacaq.
“Etap.az” adlandırılan saytın əsas məqsədi itirilmiş (tapılmış) əşya ilə bağlı internet imkanlarından istifadə edərək əşya haqqında elan yayımlamaq, əşyanın sahibinə çatması ilə bağlı ödənişsiz xidmət göstərməkdir.
İlkin mərhələdə web-versiya kimi təqdim olunacaq “Etap.az” yaxın gələcəkdə mobil tətbiq kimi istifadəçilərin xidmətinə veriləcək. Bu isə daha geniş xidmət göstərmək deməkdir.
Xidmət ödənişsizdir, lakin “Premium” elanlar ödənişli olacaq. “Premium” elanların üstünlüyü seçilmiş müddət ərzində daha çox görüntülənməsidir.
Tapılmış əşyanı sahibinə qaytarmaq istəyən şəxslər də tam ödənişsiz formada əşyanı qeydiyyatdan keçirə biləcəklər. Tapılan əşyanın qeydiyyatı zamanı və ya qeydiyyatdan öncə itirilmiş əşyalar arasından tapdığınız əşyaya uyğun əşya çıxarsa, əlavə qeydiyyat aparmadan elan sahibi ilə əlaqə saxlayıb əşyanı təhvil vermək olar.
“Etap.az” istifadə sadəliyi, istifadəçiyə rahat dizaynı, təkmilləşdirilmiş axtarış sistemi və bütün cihazlara uyğunlaşması ilə seçiləcək. Bu layihə haqda ən son məlumatları indilikdə rəsmi facebook səhifəsindən əldə etmək mümkündür. Eyni zamanda, layihə haqqında ictimaiyyətin fikrini bilmək, təklif və iradlarını almaq bizim üçün çox önəmlidir.
banner

Oxşar Xəbərlər