• cümə, 29 Mart, 02:36
  • Baku Bakı 7°C

İtalyanların ən varlısı öldü

16.02.15 09:39 1074
İtalyanların ən varlısı öldü
"Nutella" və "Kinder" şirkətlərinin qurucusu Miçele Ferrero fevralın 14-də dünyasını dəyişib
Trend-in bazar ertəsi "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, 89 yaşlı M.Ferrero İtaliyanın ən varlı şəxsi olub.
Monte Karloda vəfat edən M.Ferreronun və ailəsinin sərvəti 23,4 milyard dollar qiymətləndirilir. O, bu sərvətlə dünyanın ən zəngin 30-cu adamı olmuşdu.
"Ferrero Rocher", "Mon Cheri" və Tic Tac" şokoladları da M.Ferreronun markalarına daxildir.
banner

Oxşar Xəbərlər