İtalyanlar yeni prezident seçdilər
İtaliya Futbol
Federasiyasına yeni prezident seçilib.
Kaspi.az xəbər
verir ki, federasiyanın yeni prezidenti
Qbariele Qravina olub. O, bu posta yeganə namizəd idi. Qravina 97,2 faiz səs
toplayıb.
65 yaşlı
funksioner bu postda Karlo Tavekkionu əvəz edib. Tavekkio, İtaliya yığması
DÇ-2018-in final mərhələsinə vəsiqə qazana bilməyəndən sonra istefaya getmişdi.
Qravina daha əvvəllər
İtaliyanın C seriyasını təşkil edən "Lega Pro”ya rəhbərlik edib. O, bir müddət
İtaliya Peşəkar Futbol Liqasının prezidenti də olub.