• cümə axşamı, 28 mart, 14:56
  • Baku Bakı 16°C

İtalyanlar ruslarla Moskvada da dalaşdılar

08.11.18 10:25 699
İtalyanlar ruslarla Moskvada da dalaşdılar
Çempionlar Liqasında keçirilən ÇSKA-"Roma” görüşündən əvvəl insident yaşanıb.
Kaspi.az xəbər verir ki, komandaların azarkeşləri arasında dava-dalaş baş verib. İnsident Moskvanın mərkəzində - Vorontsov çölü küçəsində yaşanıb.
Davada hər iki tərəfdən təxminən 50 azarkeş iştirak edib. Polisin müdaxiləsindən sonra tərəfləri ayırmaq mümkün olub.
Onu da qeyd edək ki, bu komandalar arasında İtaliyada keçirilən oyunda da azarkeşlər arasında dava düşmüşdü. Həmin qarşılaşmadan əvvəl "Roma”nın ultras qrupu rusiyalı fanatlara hücum etmişdilər.
"Roma” Moskvada ÇSKA-ya 2:1 hesabı ilə qalib gəlib.
banner

Oxşar Xəbərlər